...

Moskvada Azərbaycan-Rusiya-Türkiyə biznes forumuna hazırlıq gedir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2007 10:47 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend İ.Xəlilova/Martda Moskvada Azərbaycan,Rusiya və Türkiyə şirkətlərinin iştirakı ilə üçtərəfli biznes forumun təşkilatçılarının ilkin görüşünün keçirilməsi gözlənilir. Bu barədə RF-nin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Vasili İstratov məlumat verib.

"Təşkilatçılar bütün problemləri müzakirə edəcək və birgə biznes-forumun keçirilmə vaxtını müəyyən edəcəklər", deyə V.İstratov bildirib.

İlkin olaraq forumun 2007-ci ilin ilk yarımilinin sonuna qədər Moskvada keçirilməsi planlaşdırılıb. Tədbirin təşkilatçılığı ilə Azərbaycan-Rusiya ticarət-sənaye palatasıdır.

Biznes forumun keçirilməsinin əsas məqsədi gələcək əlaqələrin qurulması üçün şirkətlərin bir-biri ilə tanış olması üçün şəraitin yaradılmasıdır. Ən əsas məqsəd ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün ölkə iqtisadiyyatlarının cəlb olunmasıdır. Biznes forumun apreldə nəzərdə tutulmuş Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclasının keçirilmə vaxtı ilə üst-üstə düşməsi ehtimal olunur.

2006-cı ilin yekunlarına görə, Azərbaycan Respublikası (AR) və Rusiya Federasiyası arasında mal dövriyyəsi 50% artaraq 1,5 mlrd. dollar təşkil edib. Bununlə belə, 1 mlrd. dollar Rusiya məhsullarının idxalına düşür. Rusiya bazarı Azərbaycan üçün ən böyük və perspektivli bazar olduğuna görə, Rusiya qazının verilməsinin saxlanılması ilə bağlı mal dövriyyəsində 0,5 mlrd. dollar defisitinin doldurulması üçün tərəflər Azərbayan məhsullarının ixracatının artırılması istiqamətində işlərin genişləndirilməsini və AR-dən mal və xidmətlərin ixracatı hesabına defisitin doldurulması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti