...

Azərbaycanda bu il 77 333 sürücü məsuliyyətə cəlb edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2007 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bu il yanvarın 1-dən bu günədək Bakı şəhərində yol-hərəkət qaydalarını pozan 77 333 sürücü məsuliyyətə cəlb edilib. Bu barədə məlumat verən Bakı şəhər Yol Polisi İdarəsinin Nəqliyyatın Təhlükəsizliyinin Təmini və İctimaiyyətlə Əlaqə şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etməyən 11 384, yüksək sürətlə avtomobili idarə edən 2059, sərxoş vəziyyətdə nəqliyat vasitələrini idarə edən 1096, qəza şəraiti yaradan 1360, sfetoforun qırmızı işığında hərəkət edən 2499, rəngli şüşə (pərdə, plyonka) ilə avtomobili idarə edən 2562, polisin tələbinə tabe olmayan 155, avtomobilləri dövlət nömrə nişanları olmadan idarə edən 92, sərnişindaşıma qaydalarının pozulmasına görə 285 sürücü cərimələnib.

Xəbər lenti

Xəbər lenti