...

Antiinhisar Dövlət Xidməti Azərbaycanda süni qiymət artımının qarşısını almaq üçün monitorinqlərə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2007 15:54 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti bazarlarda monitorinqlərin keçirilməsini planlaşdırır. Qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin aparılacağı monitorinqlərin əsas məqsədi qiymətlərin süni artımının qarşısını almaqdır. Bu barədə nazirlikdən məlumat verilib.

İqtisadi İnkişaf Nazirliyi iqtisadçıların bayramqabağı istehlak məhsullarına qiymətin artacağı ilə bağlı mülahizələri ilə razı deyil. "Məhz bu cür mülahizələr qiymətlərin süni artımına səbəb olur. İstehlak məhsulları, həmçinin enerji daşıyıcılarına olan qiymət artımı ilə birbaşa bağlı olan məhsulların süni qiymət artımından sonra Antiinhisar Xidməti istehlak bazarının monitorinqinə başlayıb", deyə məlumatda bildirilib.

Xidmət tərəfindən aparılmış tədqiqatlar göstərib ki, kənd təsərrüfatı məhsulları enerji daşıyıcılarının qiymət artımından əvvəl yetişdirilib və yığılıb. Buna görə də daşınma və istifadə olunan yanacağa görə xərclər onların maya dəyərinə əhəmiyyətli dərəcədə təsir edə bilməz. Həmçinin ticarət obyektlərində 1 kilovatt elektrik enerjisinin 5,9 qəpikdən 6 qəpiyədək olması ərzaq məhsulları qiymətlərinin artmasına gətirib çıxara bilməz.

Əslində, kənd təsərrüfatı məhsulları mövsümi xarakterdən asılı olaraq qiymətləri artan məhsullar qrupuna daxildir.

Xəbər lenti

Xəbər lenti