...

BMK və Rabitəbank kredit sazişi imzalayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2007 20:22 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Rabitəbank səhmdar-kommersiya bankı ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında Azərbayacan bankına kredit xəttinin açılması barədə müqavilə martın 15-də Bakıda imzalanacaq. Bu barədə məlumatı çərşənbə günü bankdan veriblər. BMK Rabitəbanka 2 mln. dollar dəyərində kredit xəttinin açılmasına razılıq verib.

Kredit ehtiyatları orta və kiçik sahibkarlığın maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Maliyyə Korporasiyasının Azərbaycandakı təmsilçisi Aliyə Əzimovanın sözlərinə görə, bir müddət sonra BMK bu vəsaitlərin Rabitəbankın kapitalına konversiya edilməsi məsələsinə baxa bilər. Bankın səhm kapitalında iştirak təqribən 10 faiz olacaq. "Şirkətin Rabitəbankın səhm paketində iştirak payı 10-20 faiz arasında məhdudlaşdırılır ki, bu məsələ də hələlik müzakirə olunmayıb",-deyə A.Əzimova bildirib.

Rabitəbank BMK-nın səhm paketində iştirak payına malik olduğu 5-ci bank olacaq.

Xəbər lenti

Xəbər lenti