...

Azərbaycan Rusiya və Türkiyədən toyuq əti idxalına qadağanı götürüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2007 12:50 (UTC +04:00)
Azərbaycan Rusiya və Türkiyədən toyuq əti idxalına qadağanı götürüb

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Rusiya və Türkiyədən toyuq əti və heyvan mənşəli ərzaqların idxalına qoyduğu qadağanı götürüb. Bu barədə Dövlət Xidmətindən məlumat verilib. Toyuq yumurtaları və qida əlavələrinə olan qadağa qüvvədə qalır.

Azərbaycana quş məhsulları və heyvan mənşəli ərzaqların gətirilməsinə qadağa fevralın əvvəlində Türkiyə və Rusiyada "quş qripi" virusunun aşkarlanması ilə əlaqədar qoyulmuşdu.

Virusun Azərbaycan ərazisinə keçməsinin qarşısını almaq üçün ölkənin sərhəd baytarlıq məntəqələri gücləndirilmiş rejimdə işləyir, vəhşi quşların ovu, satışı və istifadəsinə qadağa qüvvədə qalır.

Xəbər lenti

Xəbər lenti