...

BMK və Rabitəbank kredit müqaviləsi imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2007 15:47 (UTC +04:00)
BMK və Rabitəbank kredit müqaviləsi imzalayıb

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Bu gün Bakıda Beynəlxalq Maliyyə Korporasiayası (BMK) ilə Rabitəbank arasında Azərbaycan bankına kredit xəttinin ayrılması barədə müqavilə imzalanıb.

Kredit 5 il müddətinə LIBOR+4,25 faizlə 2 mln. dollar dəyərində verilib.

BMK-nın Cənubi Avropa və Mərkəzi Asiya qlobal maliyyə bazarları departamentinin rəhbəri Martin Kimminqin bildirdiyinə görə, bu kredit kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi məqsədi ilə ayrılıb.

Kredit razılaşması çərçivəsində BMK Rabitəbanaka 300 min dollar dəyərində texniki yardım da edəcək. Bankın genişləndirlmliş informasiya sisteminin idarə olunması, strarteji planlaşdırma və risklərin idarə olunması üçün məsləhət xidmətləri göstəriləcək.

Yeni investi siyalar Rabitəbaknkın bazar mövqeyinin güclənməsinə və kiçik və orta sahibklarlığın maliyyələşdirilməsindəki rolunu artıracacq.

Rabitəbank 1998-ci ildən etibarən beynəlxalq maliyyə şirkətləri ilə əməkdaşlıq edir. Müxtəlif maliyyə qurumları (BMK, İİB AYİB) tərəfindən cəlb olunmuş ümumi vəsait 8 milyon dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti