...

Bakıda Azərbaycan və Gürcüstanın nəqliyyat ekspertləri görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2007 18:31 (UTC +04:00)
Bakıda Azərbaycan və Gürcüstanın nəqliyyat ekspertləri görüşüb

Azərbaycan, Bakı/ Trend müxbir S.Aliev / Bu gün Bakıda Gürcüstanın baş naziri Zurab Noqaidelinin aprelin 4-nə nəzərdə tutulmuş səfərinə hazırlıq çərçivəsində nəqliyyat ekspertlərinin məsləhətləşmələri başlayıb. Bu barədə cümə axşamı nazirlikdən məlumat veriblər.

Danışıqların gedişində Bakı-Tiflis-Qars dəmiryol marşrutunun açılışı layihəsinin həyata keçirilməsilə bağlı müzakirələrin aparılacağı və iki ölkənin nəqliyyat sahəsində əməkdaşlığı məsələlərinə baxılacağı gözlənilir.

Görüşdə Azərbaycan nümayəndə heyətinə nəqliyyat nazirinin müavini Musa Pənahov, Gürcüstan nümayəndə heyətinə isə Gürcüstanın iqtisadi inkişaf nazirinin müavini David Natraşvili rəhbərlik edir.

Görüşdə həmçinin Azərbaycan Dəmir Yolunun rəhbəri Arif Əsgərov və Gürcüstan Dəmir Yolunun rəhbəri İrakli Ezuqbaya da iştirak edir.

Xəbər lenti

Xəbər lenti