...

Azərbaycanda milli kredit reytinqlərinin monitorinqinin cədvəli yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2007 21:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.X /Bakı Banklararası Valyuta Birjası (BBVB) ABŞ-ın Beynəlxalq inkişaf agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən texniki yardım proqramını başa çatdırıb. Bu barədə birjanın cümə axşamı yayılan məlumatınada göstərilib. Texniki yardım proqramı çərçivəsində Azərbaycanda ilk dəfə olaraq emitentlərin kredit reytinqlərinin, maliyyə alətləri və bölgələrin reytinqlərinin qiymətləndirilməsi metodikaları üzrə treninqlər təşkil olunub. Treninqlər BBVB-nin əməkdaşları arasında ACDI-VOCA Amerika təşkilatının maliyyə risklərinin idarəetmə məsələləri üzrə ekspert-məsləhətçi L.Şulenta tərəfindən keçirilib. Birja mütəxəssislərin təlimi əsnasında milli reytinq cədvəllərinin tərtib edilməsi üzrə xarici təcrübənin öyrənilməsinə xüsusi diqqət yetirilib. BBVB-nin USAİD  və Milli bankın əməkdaşlığı ilə həyata keçirdiyi bu layihəsinin məqsədi Azərbaycanda kredit reytinqlərinin verilməsi və monitorinqinin ilk milli cədvəlinin işlənib hazırlanmasından ibarətdir.

USAİD - ABŞ-ın Beynəlxalq inkişaf agentliyi Birləşmiş Ştatlar Höküməti yanında yaradılan bir Agentlikdir. Bu Agentliyin fəaliyyət məqsədi ABŞ Hökümətinin sosial-iqtisadi inkişaf və humanitar yardımın göstərilməsi üzrə proqramların 100-dən artıq ölkələrdə keçirilməsidir.

ACDI-VOCA - ABŞ-ın inkişafedən ölkələrdə genişmiqyaslı iqtisadi yüksəliş və vətəndaş cəmiyyətinin möhkəmlənməsinə köməklik göstərən özəl qeyri-kommersiya təşkilatıdır.

Xəbər lenti

Xəbər lenti