...

Yaponiyada neft idxalı azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2007 16:00 (UTC +04:00)

Yaponiya neft tələbatının həcminə görə dünyada 4-cü yeri tutan iqtisadiyyata malikdir. Əvvəlki iliə nisbətən bu ilin fevral ayında 12%-dən az xam neft idxal edib. K2Kapital .-ın xəbərinə görə, bu məlumatı martın 30-da ölkə rəhbərliyi verib.

İqtisadiyyat nazirliyinin hesabatında verilən məlumata görə, fevralda neftin idxalı əvvəlki ildəki 21,3 mln. kilolitr səviyyəsinə görə azalaraq, 18,7 mln.kilolitr (gündə 4,2 mln.) təşkil edib. Bundan başqa, neft məhsullarının satışı 7,3%-ə enərək 19,2 mln. kilolitrə düşüb. Ən çox enmə 10% azalan ağ neftdə (kerosin) müşahidə edilib. Bu enmə ən çox yüksək qış temperaturu ilə şərtlənir. Çünki evlərin qızdırılması üçün ağ neftə tələbat artır.

Eyni zamanda durulaşdırılmış təbbi qaz fevralda 48,1% qalxaraq 5, 73 mln. ton olub. Hazırkı artırılma, ictimaiyyətin daha təmiz enrji mənbələrinə keçidi sürətləndirəcək qlobal istiləşməylə bağlı narahatçılığının artmasıyla bağlıdır. Buna görə də Yaponiya elektrik stansiyaları mazutla bərabər təbii qazın istifadəsinə keçib.

Xəbər lenti

Xəbər lenti