...

Hökumət Azərbaycanın kimya müəssisələri üçün naftaya görə vergiləri azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2007 20:50 (UTC +04:00)
Hökumət Azərbaycanın kimya müəssisələri üçün naftaya görə vergiləri azaldıb

Azərbaycan, Bakı/ Trend müxbir İ.X / Azərkimya Dövlət Şirkəti müəssisələrinin fəaliyyətinin gücləndirilməsi məqsədilə Nazirlər Kabinetinin qərarına əsasən 2007-ci ilin 6 yanvarından qüvvədə olan neft məhsullarına görə vergi tarifləri dəyişdirilib. Bu barədə hökumətdən məlumat veriblər.

Vergi dərəcəsi kimya müəssisələrində istifadə olunan birbaşa qovulmuş benzin (nafta) üçün dəyişdirlib.

Müəssisələr bu məhsulu ARDNŞ-in tərkibinə daxil olan Azəryanacaq NEZ-dən alırlar. Gündəlik olaraq Azərkimya Dövlət Şirkətininn müəssisələrinə 300 min ton birbaşa qovulmuş benzin tələb olunur.

Kimyəvi emal üçün Azərkimyaya gətirilən bu növ yanacağın bir litri üçün 19 yox, 8 faiz vergi alınacaq.

Bu barədə qərar martın 13-də Azərkimiya Dövlət Şirkətinin fəaliyyətini dayandırması ilə əlaqədar Nazirlər Kabinetində aparılan müzakirədən sonra qəbul olunub. İclasda müəssisənin fəaliyyətiunin bir ay müddətində bərpa olunması barədə qərar qəbul olunmuşdu.

ARDNŞ-in Azərkimyaya tədarük etdiyi naftanın bir tonunun topdansatış qiyməti 210 manatdır (ƏDV və təcıhizat xərcləri daxil olmaqla).

Xəbər lenti

Xəbər lenti