...

Gömrük Komitəsindən büdcə daxilolmaları artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2007 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ İlkin göstəricilərə görə, Azərbaycanın Dövlət Gömrük Komitəsi yanvar-mart aylarında dövlət büdcəsinə proqnozlaşdırılan 163,80 mln. manata qarşı 166,04 mln manat gömrük vergi və ödənişləri həyata keçirib. Bu barədə DGK-nın mətbuat xidmətindən məlumat veriblər.

Proqnoz tapşırığı 101,37 faiz yerinə yetirilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,41 mln. manat, yaxud 32,17 faiz çoxdur. 2006-cı ildə DGK büdcəyə 139,64 mln manat artımla 505,4 mln manata qarşı 515,81 mln. manat keçirib.

Xəbər lenti

Xəbər lenti