...

Brent və Light Sweet-in neft fyuçerslərinin qiyməti günün əvvəlindən 1%-dək azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2007 15:28 (UTC +04:00)

Brent və Light Sweet-in neft fyuçerslərinin qiyməti günün əvvəlindən 1%-dək azalıb. Saat 13:00-a olan məlumata görə, neft fyuçerslərinin alveri belədir (dollar/barel): - IPE Brent Crude (may) - 67,34 (-0,47) qiymət təyinetmə dərəcəsində (miqdarında) 67,12-67,90; - Light, Sweet Crude Oil (may) - 64,15 (-0,49) qiymət təyinetmə dərəcəsində (miqdarında) 63,88-64,69.

Səhər vaxtı ilə müqayisədə neftin qiymətinin təyin edilmə dərəcəsinin azalması açıq-aydın dərinləşib. Bazarda vəziyyətin görünüşü əmin edirdi ki, Britaniya hərbi dənizçilərinin azad edilməsi məsələsi tezliklə müvəffəqiyyətlə həll ediləcək.

Bu gün Böyük Britaniyanın rəsmi nümayəndəsi ilk dəfə olaraq İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə 15 Britaniya hərbi dənizçisinin azad edilməsi məsələsini müzakirə edib. Böyük Britaniya və İran arasındakı danışıqlarda Suriya vasitəçilik edir. Suriyanın xarici işlər naziri Valid Muallem problemin müsbət həll ediləcəyinə ümid etdiyini bildirib.

Bu gün neftin qiymətinin aşağı düşməsi ABŞ-da xam neft ehtiyatlarının artırılmasına təsir edəcək. Martın 30-da ABŞ-da neft ehtiyatları həftə ərzində 0,7-dən 2,6 mln.barelədək artıb.

Xəbər lenti

Xəbər lenti