...

Almaniya Azərbaycanın Gəncə və Şəki şəhərlərində su və kanalizasiya sistemləri üçün nəzərdə tutduğu vəsaiti artıq ödəyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2007 19:54 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Almaniya höküməti Azərbaycanın Gəncə və Şəki şəhərlərində su və kanalizasiya sistemlərinin yeniləşdirilməsi layihəsi üçün nəzərdə tutduğu vəsaiti artıq ödəyib. Bu barədə məlumat verən Almaniyanın Azərbaycandakı səfiri Per Stankinanın sözlərinə görə, bir neçə gündən sonra Almaniyadan nümayəndə heyəti Azərbaycana gələcək və bu layihədə yaranan sonuncu problemlər həll olunacaq. Səfir qeyd edib ki, həm Gəncə, həm də Şəki şəhərlərinin icra hakimiyyəti başçıları söz veriblər ki, onlar layihədə hər hansı bir problemin həllinə kömək edəcəklər.

Qeyd edək ki, Gəncə və Şəki şəhərlərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə bu ilin may ayında başlanılması nəzərdə tutulur. Sözügedən layihənin büdcəsi 55 milyon avrodur. Əldə olunmuş razılaşmaya əsasən, Almaniyanın İnkişaf Bankı 37 milyon avro məbləğində kredit, İsveçrənin Katibliyi isə 10 milyon avro qrant verib. Layihədə Azərbaycan hökümətinin payı isə 8 milyon avrodur.

Xəbər lenti

Xəbər lenti