...

Gəncə hava limanında sınaq uçuşu həyata keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2007 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bu gün Azərbaycanın Gəncə Beynəlxalq Hava limanına ilk dəfə olaraq ən ağır təyyarə növü sayılan Boinq 747 enib. Karqolyuks şirkətinə məxsus təyyarə Honkonq-Budapeşt reysi ilə uçur və sınaq üçün Gəncə hava limanına enib. Təyyarənin çəkisi 400 tondan artıqdır.

Hava limanında jurnalistlərə açıqlama verən AZAL Hava Yolları Dövlət Komitəsinin baş direktorunun müavini Etibar Hüseynovun sözlərinə görə, bundan sonra Bakıda ağır tonajlı təyyərənin enişi üçün Heydər Əliyev adına hava limanında yer olmadıqda Gəncə aeroportundan istifadə ediləcək.

Gəncə Beynəlxalq aeroportu 2005-ci ilin əvvəlində tikilməyə başlayıb, 2006-cı ilin oktyabrında istismara verilib.

Xəbər lenti

Xəbər lenti