...

Heydər Əsədov Azərbaycanın Hesablama Palatasının sədri təyin edilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2007 11:00 (UTC +04:00)

Azərbaycan, Bakı / müx. Trend S.Babayeva/ Azərbaycanın Hesablama Palatasının sədri Namiq Nəsrullayev istefa ərizəsi yazıb. Bu barədə Hesablama Palatasından məlumat veriblər.

Bu gün Azərbaycan parlamenti Nəsrullayevin istefasını və yeni sədrin təyin edilməsini müzakirə edəcək. Artıq bu posta Heydər Əsədovun namizədliyi irəli sürülüb. Hazırda Əsədov maliyyə nazirinin müavini və dövlət xəzinadarlığının rəhbəridir.

Trend ə telefonla məlumat verən Nəsrullayev bildirib ki, səhhəti ilə əlaqədər artıq iki aydır öz vəzifəsini icra etmir. "Keçirdiyim əməliyyatlardan sonra iki aydır ki, işə çıxmıram" - deyə o qeyd edib.

Hazırda Nəsrullayevi onun müavini Abbas Allahverdiyev əvəz edir. Bu gün Allahverdiyev Milli Məclisdə Hesablama Palatasının fəaliyyətinə dair illik hesabat təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti