...

Azərbaycanda Ələt-Astara avtomobil magistralının yenidən qurulmasına başlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2007 16:21 (UTC +04:00)
Azərbaycanda Ələt-Astara avtomobil magistralının yenidən qurulmasına başlanıb

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/ Azərbaycanın Nəqliyyat Nazirliyi çərşənbə günü Ələt-Astara avtomobil magistralının (cənub istiqamət) yenidən qurulmasına başlanması ilə bağlı mərasim keçirib. Mərasim baş podratçısı Türkiyənin Mak Yol şirkətinin olduğu 22 kilometrlik sahənin yenidən qurulmasına həsr olnub. Bu sahə boyu bir körpü, kəsişən yolların üstündən iki körpü və 40 kommunikasiya tikiləcək. Bu sahənin yenidən qurulmasının dəyəri 27,7 mln. dollar təşkil edir.

Ələt-Astara magistralı şərti olaraq iki hissəyə ayrılıb. Birinci hissə olan layihə uzunluğu 136 km olan Ələt-Masallı sahəsinin yenidən qurulmasını Dünya Bankı (206,1 mln. dollar) və Azərbaycan (94 mln. dollar) maliyyələşdirir. Layihə uzunluğu 59 km olan Masallı-Astara ikinci sahənin maliyyələşdirilməsi ilə Asiya İnkişaf Bankı (200 mln. dollar) və Azərbaycan hökuməti (34,8 mln. dollar) məşğul olur. Hər iki sahənin yenidən qurulması müddəti - 2007-2009-cu illərdir.

Mərasimdə nəqliyyat naziri Ziya Məmmədovun bəyan etdiyi kimi, Azərbaycanın bütün avtomobil yolları nazirliyin balansına verilib. Nazirlik hazırda problemli sahələri müəyyənləşdirir. Bundan sonra nazirlik müvafiq planlar hazırlayacaq və işlərin bilavasitə reallaşdırılmasına başlayacaq.

Xəbər lenti

Xəbər lenti