...

"Bakı-taxıl" ASC səhmlərinin 30 faizi investisiya müsabiqəsi yolu ilə özəlləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2007 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi investisiya müsabiqəsi yolu ilə "Bakı Taxıl" ASC-nin səhmlərinin 30%-inin özəlləşdirildiyini elan edib. Dövlət komitəsindən bildirilib ki, investorlar müəssisəyə bir il ərzində 316 min manat həcmində investisiya qoyuluşunu həyata keçirməlidirlər. Bu investisiyalar müəssisədə un dəyirmanlarının yenidən qurulması və təmiri, çörək istehsalı sahələrinin müasir tələblərə uyğunlaşdırılması, istehsal prosesinə qabaqcıl texnlogiyaların tətbiqi və taxıl tədarükünün artırılmasına yönəldiləcək.

Müsabiqənin şərtlərinə müvafiq olaraq investor alqı-satqı müqaviləsi imzalandığı tarixdən 60 təqvim günü müddətində 480 000 manat məbləğində vəsaiti dövlət büdcəsinə köçürməlidir.

2007-ci ilin yanvar ayının 1-nə müəssisənin Nizamnamə Kapitalı 7,511 mln. manat təşkil edir. Müəssisənin öhdəlikləri 0,611 mln. manat, debitor borcları isə 2,763 mln. manat təşkil edir. Müəssisə 1985-ci ildə istismara verilib və burda 145 nəfər çalışır.

Xəbər lenti

Xəbər lenti