...

Azərbaycanın Gəncə şəhərində mənzillərin qiyməti təxminən üç dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2007 17:21 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend V.Məmmədov/Gəncədə tikilən yeni yaşayış binalarında mənzillərin qiyməti üç dəfə artıb. Bu barədə "Caspian Service" tikinti şirkətinin vise-prezidenti Murquz İbrahimov məlumat verib. Onun sözlərinə görə, Gəncədə yeni tikilən binalarda bir kvadratmetr mənzilin qiyməti hazırda 500-800 dollar civarındadır. Belə ki, şirkətin Xan Bağının yaxınlığında tikdiyi binada bir kvadratmetr mənzil 800 dollara satılır.

İbrahimov məlumat verib ki, iki il bundan əvvəl yaşayış mənzlinin bir kvadratmetrinin qiyməti 250 dollar təşkil edib.

O qeyd edib ki, ölkənin paytaxtına nisbətən Gəncədəki mənzillərin qiyməti aşağıdır. Belə ki, "Caspian Service" şirkətinin Bakıda tikdiyi binalarda bir kvadratmetr mənzilin qiyməti minimum 1 min dollara satılır. Hazırda Gəncədə 17 yeni hündürmərtəbəli bina tikilir, yeddisi isə layihə formasında şəhər icra hakimiyyətinə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti