...

Azərbaycanda birja valyuta bazarı apreldə təxminən 30 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2007 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / Bakı Banklararası Valyuta Birjası (BBVB) apreldə birja valyuta bazarının aparıcı operatorlarının adlarını müəyyənləşdirib. BBVB-nin yaydığı məlumata görə, liderlər siyahısına qapalı tipli səhmdar bank olan "Standard Bank" başçılıq edir. Valyuta bölməsində aparılan əməliyyatlardakı pay nəzərə alınmaq şərti ilə müəyyənləşdirilən ilk beşlikdə həmçinin "Unibank", "Azəriqazbank", Beynəlxalq Bank və "Yapi Kredi" bankı yer alıb .

"Standard Bank"ın payı 22,29 faiz, "Unibank"ın 21,66 faiz, "Azəriqazbank"ın 14,68 faiz, Beynəlxalq Bankın 13,46 faiz və "Yapi Kredi" bankının payı 10,25 faiz təşkil edib.

Ümumiyyətlə, apreldə BBVB-də valyuta bölməsində aparılan əməliyyatlarda 24 bank iştirak edib. Hesabat ayında birja əməliyyatlarının elektron sistemində 42 sessiya keçirilib və 145 anlaşma əldə edilib.

Hesabat ayında valyuta bölməsindəki əməliyyatların ümumi həcmi 106,783 mln. manat (123,363 mln. dollar) təşkil edib. 2006-cı ildəki göstəricilərlə müqayisədə birjanın valyuta bölməsindəki əməliyyatların dövriyyəsi 24,24 mln. manat, yaxud 29,37 faiz artıb.

Yanvar-aprel aylarında valyuta bölməsinin dövriyyə göstəriciləri 415,45 mln. dollar təşkil edib. Bu, 2006-ci ilin analoji dövrü ilə müqayisədə 143,53 mln. dollar, yaxud 52,7 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti