Gürcüstan,Tbilisi/müxbir Trend N.Kirtsxalia/Gürcüstanın "Kazbeqi" şirkəti Azərbaycan bazarlarına məhsulunun tədarükünü artırır. Şirkət Azərbaycana alkoqolsuz içkilər, əsasən limonad ixrac edir.
Bazar ertəsi "Kazbeqi" MMC-dən verilən məlumata əsasən, şirkət Azərbaycana artıq 54 min şüşə qablarda müxtəlif növ limonad ixrac edib. İlin sonuna qədər "Kazbeqi" bu göstəricini iki milyona qədər artıracaq. Bunun üçün şirkət Azərbaycan dilində xüsusi etiketlər çap etdirib və orijinal şüşə üçün xüsusi sifariş verib.
"Şirkət Azərbaycanda məhsulun ixracının təşkili üçün şəbəkənin inkişafına yarım milyon dollar vəsait ayırmağı planlaşdırır" - deyə "Kazbeqi" şirkətindən bildirilib.