...

Bakıda mənzillərin icarə haqqı 0,1 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2007 17:02 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend /Apreldə Bakıda mənzillərin icarə haqqı 0,1 faiz artıb. Bu barədə "Daşınmaz Əmlak Bazarının İştirakçıları" ictimai birliyinin məlumatında bildirilib.

Şəhərin I və II zonalarında mənzil icarəsinin orta qiyməti 614 dollar təşkil edib.

Kommersiya obyektlərinin icarə qiymətləri 0,9 faiz artaraq kvadrat metrə görə 21 dollar təşkil edib, bu da mövsümi xarakter daşıyır.

Kommersiya sahələri bazarında qiymətlər marta nisbətən 1,8 faiz artıb və kvadrat metrə görə 2500 dollar təşkil edib. Təkliflər paketinin və bazarın bu sahəsinin aktivliyinin digər sahələrə nisbətən atımı mövsümi göstəricilərlə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti