...

Təşkilat rəhbəri: "Azərbaycanın Milli Sahibkarlar Konfederasiyası Bakının bəzi bələdiyyələrində biznes subyektlərini yaratmağı düşünür"

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2007 13:08 (UTC +04:00)
Təşkilat rəhbəri: "Azərbaycanın Milli Sahibkarlar Konfederasiyası Bakının bəzi bələdiyyələrində biznes subyektlərini yaratmağı düşünür"

Azərbaycan, Bakı /müx . Trend Ü.İsmayılova/ Azərbaycanın Milli Sahibkarlar Konfederasiyası 2007-ci ildə ölkədə biznesin inkişafına maneə yaradan faktorlara qarşı mübarizəni davam etdirəcək.

Çərşənbə axşamı təşkilatın rəhbəri Ələkbər Məmmədovun bildirdiyinə görə, Konfederasiyanın planlarına bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarında iştirak daxildir.

Bundan əlavə, Konfederasiya bələdiyyə orqanlarında sahibkarlıq əsaslarını tədris etmək niyyətindədir.

"Yerlərdə biznes subyektlərini yaratmaq üçün Bakıda üç nümunəvi bələdiyyə orqanını seçəcəyik. Məqsəd korrupsiya hallarını aradan qaldırmaqdır" - deyə o bildirib.

Məmmədovun sözlərinə görə, 2007-ci il planına həmçinin peşəkar menecerlərin hazırlığı daxildir. Onlar Azərbaycanda sağlam biznesin inkişafı, yüksək səviyyəli biznes-forumların keçirilməsi məqsədilə Avropa ölkələrində təhsil alacaqlar.

Xəbər lenti

Xəbər lenti