...

Tbilisidə gömrük sahəsində effektiv idarəetmə metodlarına dair regional konfrans öz işinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2007 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend N.Kirtsxalia/ Tbilisinin "Tbilisi - Merriott" otelində Cənubi Qafqaz ölkələrinin gömrük sahəsindəki effektiv idarəetmə metodları üzrə regional konfrans öz işinə başlayıb. İkigünlük konfransı "Avrasiya" və ATƏT təşkil edib.

Tədbiri giriş sözü ilə açan ATƏT-in Gürcüstandakı nümayəndəsi, səfir Roy Riv və "Avrasiya" fondunun vitse-prezidenti Andrea Xaris gömrük məsələlərinə vahid yanaşmaların vacibliyini önə çəkərək Gürcüstan və Azərbaycan sərhədçilərinin fəaliyyətlərinin koordinasiyası ilə bağlı problemlərin həllinin zəruriliyini vurğulayıblar.

Konfransda Cənubi Qafqaz ölkələrinin gömrük xidmətlərinin əməkdaşları, beynəlxalq ekspertlər, Gürcüstan, Azərbaycan və Ermənistanın özəl sektorunun, habelə biznes-assosiasiyalarının təmsilçiləri iştirak edir.

Konfransın məqsədi Cənubi Qafqazda ticarətin inkişafına kömək edə biləcək, habelə bölgənin sərhəd və gömrük xidmətlərinin əməkdaşlığını təmin edəcək tövsiyələrin işlənilib hazırlanmasıdır.

Xəbər lenti

Xəbər lenti