Azərbaycan, Bakı / Trend / Bu həftə İstanbulda "Palmali" şirkətlər qrupunun mərkəzi ofisində Nijni Novqorodun "Krasnoye Sormovo" zavodunda üçüncü 13500 tonnajlıq tankerin tikilməsinə dair saziş imzalanıb. Bu barədə "Palmali"nin Bakı nümayəndəliyinin yaydığı məlumatda deyilir.
Müqavilə şərtlərinə görə, üçüncü tanker 2008-ci ilin noyabrında təhvil verilməlidir.
Qeyd edək ki, mayın 14-də "Palmali"nin mərkəzi ofisində 13500 tonnajlıq ikinci tankerin inşası ilə bağlı müqavilə bağlanıb. Tanker bu ilin noyabr ayınadək hazır olmalıdır.
Martın 16-da eyni tutumlu daha bir tankerlə bağlı sazişə imza atılıb. Razılaşmaya əsasən, bu gəmi ilin sonuna kimi istismara verilməlidir.