...

"Azersun Holding" Azərbaycanda yeni zavodun tikintisinə dair planı açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2007 18:54 (UTC +04:00)

Azərbaydjan, Bakı/ Trend müxbir S.Babayeva/ "Azersun Holding" İmişlidə qarğıdalı, günəbaxan və soya yağı istehsal edəcək yeni zavod tikmək niyyətindədir. Bu barədə məlumatı çərşənbə günü "Azersun Holding"in prezidenti Abdolbari Gözəl məlumat verib.

Onun sözlərinə görə, bu zavod gündəlik 30 min ton məhsul istehsal etmək gücündə olacaq.

Layihənin reallaşdırılması üçün 7 mln. dollar məbləğində investisiya nəzərdə tutulub. "Azersun Holding" bu vəsaiti beynəlxalq maliyyə institutlarından almaq niyyətindədir. Zavodun tikintisini 2008-ci ildə başa çatdırmaq planlaşdırılır. "Azersun"un planlarında zavodla yanaşı, yem fabrikinin yaradılması da var.

Xəbər lenti

Xəbər lenti