...

"Azersun Holding" Azərbaycanda şəkər çuğunduru əkin sahələrini genişləndirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2007 18:59 (UTC +04:00)

Azərbaycan, Bakı/ " müxbir S.Babayeva/ "Azersun Holding" İmişli zavodunda emalı təmin etmək üçün Azərbaycanda şəkər çuğunduru əkin sahələrini genişləndirmək niyyətindədir. Bu barədə məlumatı çərşənbə günü "Azersun Holding"in prezidenti Abdolbari Gözəl məlumat verib.

Onun sözlərinə görə, bu gün bu göstərici 6 min hektar təşkil edir. İki-üç il müddətində şirkət şəkər çuğunduru sahəsinin 20 min hektara qədər artırılmasını planlaşdırır.

"Azersun Holding" zavodunun layihə gücü 1000 ton/sut. şəkər tozu təşkil edir. Hazırda isə zavod layihə gücünü keçərək 1100 ton/sut. istehsala nail olub. Şəkər çuğunduru sxemi ilə iş üzrə zavodun tam gücüylə fəaliyyət göstərməsi üçün aylıq xammal tələbatı 150 min ton təşkil edir.

İmişlidəki müəssisənin istismara verilmə mərasimi 2006-cı ilin yazında keçirilib.

Xəbər lenti

Xəbər lenti