...

"AZERGARANT": "Sığorta şirkətləri Azərbaycan Sığortaçılar Assosiasiyasına böyük ümidlər bəsləyir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2007 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend Ü. İsmayılova/ Azərbaycanın sığorta şirkətləri bu yaxınlarda qeydiyyata alınmış ölkə Sığortaçılar Assosiasiyasına böyük ümidlər bəsləyir. Bu barədə cümə axşamı "AZERGARANT" sığorta şirkətinin İdarə Heyətinin rəhbəri Şükür Hüseynov bildirib.

Apreldə Assosiasiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Mayın 18-də İdarə Heyətinin ilk iclası keçirilib. İdarə Heyətinə beş şirkət (MBASK, Standard Insurance, Beynəlxalq Sığorta Şirkəti, Azersigorta, Ateshgah) daxildir. Azərbaycan Sığortçılar Assosiasiyasının Müşahidəçilər Şurasının seçkiləri iyunun 22-də keçiriləcək.

Hüseynovun sözlərinə görə, Assosiasiyanın fəaliyyəti iclasda mütəmadi olaraq iştirak edəcək Azərbaycanın sığorta şirkətləri arasında sağlam münasibətlərin inkişafına və rəqabətə müsbət təsir edəcək.

Azərbaycanda bu gün 29 sığorta şirkəti fəaliyyət göstərir.

Sığorta bazarının problemləri arasında Hüseynov müştərilərin cəlb olunması üçün bazarın sığorta növləri ilə zənginləşdirilməsini göstərib.

"Amerikada bu gün təxminən 3000, Avropada 500, Azərbaycanda isə cəmi 40 sığorta növü mövcuddur" - deyə o bildirib.

Hüseynov həmçinin Assosiasiya tərəfindən treninqlərin keçirilməsi və bu gün sığortanın mahiyyətini düzgün anlamayan əhalinin kütləvi maarifləndirilməsi üçün qəzet və ya jurnalların nəşr olunmasının vacibliyini bildirib.

"Bu normaldır. Çünki Azərbaycan əhalisi sığortalanma zamanı bəzən bürokratiya, inhisarçılıq və ya fırıldaqla üzləşir" - deyə o bildirib.

"AZERGARANT" 1993-cü ildən fəaliyyət göstərir və 25 sığorta növü üzrə lisenziyaya malikdir.

Şirkət nizamnamə kapitalını 700 min manatdan 1 mln. manatadək artırıb.

Xəbər lenti

Xəbər lenti