...

Qiymətli kağızlar üzrə Dövlət komitəsi "Azerbaijan Credit Bank"ın səhmlərinin emissiya prospektini qeydə alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2007 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Qiymətli kağızlar üzrə Dövlət komitəsi "Azerbaijan Credit Bank"ASC-nın sadə adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb. Bu barədə cümə axşamı günü Bakı Fond Birjasının yaydığı məlumatda bildirilir. Emissiyanın məbləği 2 mln. manatdır. Bir səhmin nominal dəyəri 200 manata bərabərdir.

Emissiya prospektinə əsasən, yerləşdirmə açıq yazılma metodu ilə Bakı Fond Birjasında həyata keçiriləcək. Aksiyaların yerləşdirilməsinin anderrayteri rolunda "Tekhnika Capital Management" MMC çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti