...

Dövlətin Azərcell Telecom-dakı payının özəlləşdirilməsinin ilkin tarixi müəyyənləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2007 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ 2007-ci ildə dövlətin Azərcell Telekom Birgə Müəssisəsində (BM) olan payının özəlləşdirilməsinə start veriləcək. Bu barədə çərşənbə günü Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov məlumat verib. Hazırda BM-də dövlət payının qiymətləndirilməsi aparılır.

Yeni məsləlhətçi "CA IB Corporate Finance Beratungs Ges.m.b.H" və "Ernst

Azərcell Telecom bir neçə dəfə qiymətləndirilib, amma belə görünür ki, obyektin strateji əhmiyyətinə görə dövlət onu özəlləşdirməyə tələsmir.

Azərcell Telecom "Azertel" şirkəti və Rabitə Nazirliyi tərəfindən 1996-cı ildə dövlətin 51 faiz payı ilə yaradılıb. Amma dövlətin hazırkı payı 34,6 faiz qiymətləndirilir. BM-in əcnəbi təsisçisi qismində səhmlərinin 85 faizi "Fintur Holding B.V." şirkətinə məxsus olan "Azertel" şirkəti çıxış edir. Eyni zamanda "Fintur Holding B.V." şirkətinin səhmlərinin 41,45 faizi Trükiyənin "Turkcell" operatoruna, 58,55 faizi isə "Turkcell"in təsisçisi olan Finlandiyanın "Teliasonera" şirkətinə məxsusdur.

"Fintur Holding B.V." Azərbayacan, Qazaxıstan, Gürcüstan və Moldovoda mobil rabitə operatorlarının təsisçisidir. Azercell Telecom abonentlərinin sayı 2,5 mln. nəfərdir, ölkənin mobil rabitə bazarının 78, əhalinin 99 faizini əhatə edir. BM-in investisiyaları Azərbaycanın qeyri-neft sektorunda ən iri olmaqla 0,5 mlrd. dolları ötüb.

Xəbər lenti

Xəbər lenti