...

Ötən ay respublikada 247 yol nəqliyyat hadisəsi qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2007 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Ötən ay respublikada 247 yol nəqliyyat hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən cümə günü Trend ə bildirilib ki, qəzalar zamanı 58 nəfər həlak olub, 270 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ötən ay qeydə alınan qəzaların 149-u Bakının payına düşüb. Bakıda qeydə alınan qəzalarda 33 nəfər ölüb, 159 nəfər xəsarət alıb.

Bu ilin 5 ayında isə respublikada 1045 yol qəzası nəticəsində 320 nəfər ölüb, 1150 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ötən müddətdə isə paytaxtda 607 yol qəzası, 150 ölüm, 681 xəsarət qeydə alınıb. 5 ay ərzində respublika üzrə qeydə alınan qəzaların 508-i (145 ölüm, 398 xəsarət), Bakı üzrə isə 340-ı (85 ölüm, 283 xəsarət) piyadavurmalardır.

Xəbər lenti

Xəbər lenti