...

"PALMALİ" şirkətinin sifarişi ilə beş tankerin tikintisinə başlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2007 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliev/ "PALMALİ" şirkətinin Bakıdakı mətbuat xidmətindən verilən məlumata görə, Nijni-Novqorodda yerləşən "Krasnoye Sarmovo" zavodunda "PALMALİ" şirkətlər qrupunun sifarişi ilə RST 22 "Novaya Amada" tipli dörd tankerin kilinin təməlqoyma mərasimi keçirilib. Hazırda beş tankerin hazırlanması prosesi gedir. Müəssisə iki il ərzində bu tipli on tanker hazırlamağı planlaşdırır.

Layihə Odessa şəhərinin "Dəniz mühəndisləri Bürosu" tərəfindən işlənib.

Bu tipdən olan tankerlərin dənizdə suya oturma dərəcəsi 4,60m - 6990t, çayda suya oturma dərəcəsi 3,60m - 4545t-dur.Uzunluğu 139,95m, eni 16,60 m, bortun hündürlüyü 6m, dənizdə/çayda oturma dərəcəsi 3,60/4,60m-dir. Gəmi yüksək səviyyədə avtomatlaşdırılıb, heyəti isə 14 nəfərdən ibarətdir. Bu gəmilər Qara, Azov, Baltik və Aralıq dənizlərində neft və neft məhsulları daşımaq üçün istifadə olunacaq. İlk gəminin buraxılması 2008-ci ilin birinc rübündə nəzərdə tu tulub.

"PALMALİ" şirkəti Aralıq, Xəzər və Qara dənizlərdən yük daşınması üzrə ixtisaslaşıb. Həmçinin şirkət Rusiyanın daxili limanlarında yük daşınması üzrə liderdir. Gəminin donanması 120 gəmidən ibarədir. "PALMALİ" əsasən neft məhsullarının (benzin, qazoyl, vakuum qazoylu, oduncaq, kerosin), xam neft, məişət və sənaye yağlarının daşınmasında ixtisaslaşıb. Bundan əlavə, şirkət bütün növ quru yükləri daşımaq qabiliyyətinə malik olan quru yuk daşıyıcılarından ibarət donanmaya malikdir.

Xəbər lenti

Xəbər lenti