...

Qazaxıstan Nəqliyyat Nazirliyinin nümayəndəsi: Yeni Xəzər-Azov kanalı və Bakı-Tiflis-Qars layihəsi bir-birini tamamlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2007 17:29 (UTC +04:00)
Qazaxıstan Nəqliyyat Nazirliyinin nümayəndəsi: Yeni Xəzər-Azov kanalı və Bakı-Tiflis-Qars layihəsi bir-birini tamamlayacaq

Qazaxıstan, Astana/ Trend müxbir K.Arınova/ Mövcud marşrutların gücü orta müddətə Qazaxıstandan çıxarılacaq karbohidrogen ehtiyatlarının həcmi ilə müqayisə oluna bilməz. Ona görə də, yeni marşrutların, xüsusilə Xəzərdən Qara dənizə Avrasiya kanalının çəkilişi üzərində iş gedir. Bunu bazar erəsi Qazaxıstan Nəqliyyat Nazirliyinin nəqliyyat-kommunikasiya kompleksi sahəsinin monitorinqi, təhlili və inkişafının proqnozlaşdırılması şöbəsinin rəhbəri Daniyar Salimbayev bildirib.

Kanalın Xəzər dənizindən Kuma-Manıç çökəkliyi vasitəsilə Don çayının mənsəbinə qədər uzanması təklif olunur. Təklif olunan kanalın uzunluğu 650 km, eni 80 m, dərinliyi 6,5 m, şlüzlərin sayı 6 təklif olunub. Kanal "çay-dəniz" sinfindən olan, yükgötürməsi 3,5-5,5 min ton, yükgötürməsi 10 min ton olan yeni nəsil gəmilər üçün nəzərdə tutulur. Azov dənizinin azsulu olması nəzərə alınaraq Xəzər-Azov kanalının iqtisadi cəhətdən effektiv olması üçün Taqanrosk körfəzinin farvaterinin dərinləşdirilməsi planlaşdırılır.

İllik naviqasiya dövrü isə 40 mln. ton buraxılışla 10-12 ay qiymətləndirilir. Yüklərin Xəzər dənizindən Dunay çayının mənsəbinə qədər çatdırılması 9-12 sutka təşkil edəcək. Kanalın tikintisi üçün 3-5 il müddətə 2,5 mlrd. dollar qiymətləndirilir.

"Bu kanal layihəsi həyata keçiriləcəyi təqdirdə Bakı-Tiflis-Qars layihəsinə mənfi təsir etməyəcək, belə ki, bunlar bir-birini tamamlayacaq. O yükləri ki, dəmir yolu ilə göndərmək olmur, onlar dəniz yolu ilə göndəriləcək. Həm də artıq malların tərkibində dəmir yolu üzrə və dəniz üzrə fərqlər var",-deyə Salimbəyov söyləyib.

Xəbər lenti

Xəbər lenti