...

Bank Respublika əhaliyə qızıl külçələrin alış-satışı xidmətlərini təklif edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2007 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bank Respublika əhaliyə Rusiya istehsalı olan qızıl külçələrin alqı-satqısı üzrə xidmətlər göstərməyə başlayıb.

Bank yüksək 999,9 əyarlı 5, 10, 50, 100 və 250 qram çəkidə olan qızıl külçələr təklif edir. Hər qızıl külçə onun göstəriciləri qeyd edilmiş xüsusi sertifikata malikdir.

Qızılın tarix boyu və həmçinin son illərdə mütəmadi olaraq qiymətinin artmasını, pul vəsaitinin isə tədricən ucuzlaşmasını nəzərə alaraq, qızıl külçə almağın pul vəsaitini effektiv yerləşdirilməsi hesab etmək olar.

Bank Respublika qızıl külçənin satışı ilə yanaşı onların alışını da həyata keçirir. Bu, müştərilərə imkan verir ki, alınmış qızıl külçəni operativ qaydada Bankda nağd pula çevirsinlər və qızılın qiymətinin artdığı halda əlavə gəlir əldə etsinlər.

Ən yüksək 999,9 əyarlı xüsusi sertifikata malik qızıl külçələr ailə üzvlərinə, qohumlara və yaxınlara ad günü, toy mərasimi və digər əlamətdar günlərdə eksklüziv hədiyyə kimi çox münasibdir.

Müştəri aldığı qızıl külçəni onun maksimal təhlükəsizliyi üçün Bank Respublika-da bank seyfini icarəyə götürərək seyfdə saxlaya bilər.

Bank Respublika əhaliyə qızıl külçələrin alqı-satqısı üzrə xidmətləri Azərbaycan Respublikası Milli Bankının lisenziyasına əsasən göstərir. Hazırda Bank Respublika Azərbaycanda bu xidmətləri göstərən 2 özəl bankdan biridir.

Xəbər lenti

Xəbər lenti