Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Cümə günü Azərbaycanın Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynovun verdiyi məlumata görə, Bakının əraq bazarındakı məhsulların 25%-i və Gəncə şəhərinin ərzaq bazarındakı məhsulların isə 40%-i keyfiyyət standartlarına cavab vermir.
Hüseynovun sözlərinə görə, ərzaq bazarında spirtli içkilərin 50%-i də keyfiyyət standartlarına cavab vermir, içkilərin 80%-nin istifadə müddəti bitib, 95%-nin isə istifadə müddəti göstərilməyib.
Hüseynov qeyd edib ki, beynəlxalq standartlar nəzərə alınmaqla ərzaq məhsullarının keyfiyyətinin qaldırılması məqsədilə Azərbaycanın Azad İstehsalçılar Birliyi 18 noyabr 1999-cu ildə qəbul olunan "Ərzaq məhsulları haqqında qanun"a dəyişikliklərin edilməsi ilə bağlı hökumətə təkliflərini çatdırıb.
Azərbaycanın Azad İstehsalçılar Birliyi QHT Beynəlxalq Ərzaq Təşkilatının üzvüdür və Azərbaycanda 1997-ci ildən fəaliyyət göstərir.