...

Maliyyə sabitliyinin reytinqi sığorta bazarıının inkişafına təsir edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2007 12:31 (UTC +04:00)
Maliyyə sabitliyinin reytinqi sığorta bazarıının inkişafına təsir edəcək

Azərbaycan, Bakı /müx. Trend Ü. İsmayılova/ Standard Insurance sığorta şirkətinin baş direktoru Kamal İbrahimovun verdiyi məlumata görə, Azərbaycanın sığorta şirkətlərinin reytinq əldə etməsi ölkənin sığorta bazarıının inkişafına təsir edəcək.

"Hazırda Azərbaycanın sığorta bazarında inkişaf üçün potensial var və bu, müsbət cəhətdir" - deyə o bildirib.

"Standard Insurance" sığorta şirkəti hazırda maliyyə sabitliyi reytinqini əldə etmək məqsədilə iş aparır.

Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan "Standard Insurance" 2002-ci ildə nizamnamə kapitalı 600 min manat olmaqla yaradılıb, ilk yarımildə 4 mln. manata qədər artırılıb.

Şirkətin direktorlar şurası nizamnamə kapitalının 8 mln. manata çatdırılması barədə qərar qəbul edib ki, bu da tədricən gəlirlər və fəaliyyətdə olan səhmdarların hesabına əldə olunacaq.

Xəbər lenti

Xəbər lenti