...

Gürcüstan GUAM ölkələri arasında sərbəst hərəkət təşəbbüsü ilə çıxış edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2007 13:06 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia / Gürcüstan hökuməti GUAM ölkələri arasında sərbəst hərəkət təşəbbüsü ilə çıxış edib. Bunu cümə axşamı parlamentin Sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin iclasında Gürcüstan İqtisadiyyat Nazirliyinin Nəqliyyat Departamentinin rəhbəri İrakli Taktakişvili deyib.

Onun sözlərinə görə, artıq GUAM üzvlərinə bu təşəbbüslə bağlı müvafiq layihələr göndərilib. Taktakişvili qeyd edib ki, azad hərəkət adı altında təkcə yük daşımaları yox, həm də sərnişin daşımaları nəzərdə tutulur.

"Bu mərhələdə tərəflər hələ ki danışıqlara başlamayıblar. Lakin ilkin bilgilər məsələnin müsbət həllinə ümid verir" - deyə o vurğulayıb.

Komitə üzvləri GUAM ölkələri arasında sərbəst hərəkətə dair təşəbbüsü müsbət dəyərləndiriblər.

Xəbər lenti

Xəbər lenti