...

Rusiya Volqa-Don kanalının ikinci qolunun tikintisi ilə bağlı Azərbaycana müraciət etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2007 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliev/ Azərbaycan hökumətinin verdiyi məlumata görə, Rusiya tərəfi rəsmi olaraq Azərbaycana Volqa-Don kanalının ikinci qolunun tikintisi ilə bağlı hələki təklif irəli sürməyib. Hökumət nümayəndələrinin verdiyi məlumata görə, hazırda respublikada yeni nəql marşrutunun istifadəsinə ehtiyac yoxdur.

Hazırda Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi Azov dənizinə çıxış üçün Volqa-Don kanalının birinci qolundan istifadə edir. İl ərzində (gəmiçilik dövründə) 25-26 gəmidən (ora-geriyə) istifadə olunur.

Bu sayda gəmi ilə kanaldan kifayət qədər istifadə olunur.

Lakin gəmilərin Rusiyanın daxili sularından keçməsi ilə bağlı problemlər mövcuddur. Azərbaycan siyahılar təqdim etməli və icazə almalı olur ki, bu da böyük problemlər yaradır.

Hazırda Azərbaycan gəmilərinin Rusiyanın daxili sularına çıxış üçün icazə alması məsələsi ilə bağlı vəziyyət dəyişməz qalır. Belə ki, bir gəmi yalnız bir dəfə Xəzərdən keçə və birbaşa olaraq Qara dənizə daimi iş yerinə qayıda bilər. Azərbaycan tərəfi belə hesab edir ki, bu problemlərin həlli üçün Rusiyanın normativ-hüquqi aktlarına dəyişikliklər etmək lazımdır.

2006-cı ildə Azərbaycanın Dövlət Xəzər Dəniz Gəmiçiliyi Rusiya hökumətindən 14 gəminin RF-nin daxili sularından keçməsi ilə bağlı 25 dəfə icazə almalı olub. 11 icazə Xəzərə giriş, 14-ü isə Xəzərdən çıxış məqsədilə alınıb. Bu il Rusiya "ora-geriyə" çıxış məqsədilə 14 gəmiyə icazə təqdim edib. (28 sərnişin gəmisi Xəzər dənizindən Azov dənizinə və geriyə).

Lakin alınan icazələrə baxmayaraq, Azərbaycan tərəfi RF-nin daxili sularına çıxış məqsədilə uzunmüddətli müqavilənin bağlanmasına ümid edir. Hazırda Azərbaycan gəmilərinin Rusiyanın daxili sularından keçməsi 20-25 min dollara başa gəlir. Rusiya gəmiləri isə analoji fəaliyyət üçün 5-6 min dollar ödəyirlər. Beləliklə Azərbaycan gəmilərinin Rusiyanın daxili sularından keçməsi Rusiyanın kanal xidmətləri üçün olduqca səmərəlidir.

Xəbər lenti

Xəbər lenti