...

Azərbaycanın istehlak bazarında qiymətlər 60 faiz azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2007 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycanın istehlak bazarında qiymətlərin 50-60 faiz azalması müşahidə olunur. Bu barədə şənbə günü Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirib.

Hüseynovun sözlərinə görə, qiymətlərin əsas azalması qarpız, yemiş, soğan, xiyar, pomidor, göyərti kimi kənd təsərrüfatı məhsulları ilə əlaqədardır. Bu da mövsümi amillərlə bağlıdır.

Ekspertlərin hesablamalrına görə, qiymətlərin azalması avqustun 20-nə qədər davam edəcək. Bundan sonra isə artım müşahidə olunacaq.

"Nəticədə ümumi istehlak bazarnın qiymətləri 2006-cı ilin eyni dövrünü 35 faiz üstələyəcək",-deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti