...

Ekspert: "Rusiyanın sığorta bazarında ixtisaslı mütəxəssislərin çatışmazlığı müşahidə olunur"

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2007 14:14 (UTC +04:00)
Ekspert: "Rusiyanın sığorta bazarında ixtisaslı mütəxəssislərin çatışmazlığı müşahidə olunur"

Azərbaycan, Bakı /müx. Trend Ü. İsmayılova / Cümə günü müstəqil rus eksperti İqor Styajkov "Rosqosstrax"ın əməkdaşlarının gələn il şirkətin sahiblərinə çevriləcəyi barədə etdiyi açıqlamaya fikir bildirərkən qeyd edib ki, Rusiyanın sığorta bazarında ixtisaslı mütəxəssislərin çatışmazlığı müşahidə olunur. "Rosqosstrax"ın əməkdaşları arasında səhmlərin 15%-i paylanacaq. Böyük dövlət sığorta şirkətinin sahibləri şirkətin 100 mindən çox əməkdaş və agentləri ola bilər.

Ekspert qeyd edib ki, "Rosqosstrax"ın səhmlərinin satışı üçün əməkdaşların razılığı tələb olunur.

Bir neçə həftə bundan əvvəl qeyd olunmuşdu ki, "Rosqosstrax" maliyyə fəaliyyətində itkilər verir və həmçinin bildirilmişdi ki, dövlət bu şirkətdə olan səhmlərini satmaq niyyətindərir. Styajkovun fikrincə, variantlardan biri səhmlərin əməkdaşlara satılmasıdır.

"Əməkdaşların sahiblərinə çevriləcəyi şirkətdə sabitliyin olacağına heç kim zəmanət vermir. Digər şirkətlərə gəldikdə isə fikirləşmirəm ki, bu cür yanaşma tərzi özünü doğruldacaq. Mənə elə gəlir ki, bundan heç nə alınmayacaq. Rusiyanın sığorta bazarında ixtisaslı mütəxəssislər çatışmır" - deyə o bildirib.

Styajkov qeyd edib ki, bu kadrlara olan tələbat böyükdür. "Əgər əməkdaş bir neç sığorta şirkətində çalışa bilərsə, nə üçün sığorta şirkətinin səhmlərini əldə etməlidir?" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti