...

Dövlət Statistika Komitəsi rəsmi olaraq işsiz kimi qeydiyyatdan keçənlərin sayını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2007 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ İyulun 1-nə Azərbaycanda 52 142 nəfər rəsmi olaraq işsiz kimi qeydiyyatdan keçib ki, bunların da 51 faizi qadınlardır. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkədə bir vakant yerə 4 nəfər işsiz iddia edir.

Hesabat dövründə ölkənin əməkqabiliyyətli əhalisi 4281 min nəfər təşkil edib. Bunlardan 1286 min nəfər muzdla işləyir. Muzdla işləyənlərin 20,4 faizi istehsal, 13,2 faizi sənaye, 4,4 faizi tikinti, 2,8 faizi kənd, meşə təsərrüfatı və balıqçılıq sahələrində işləyir.

Qeyri-istehsal sahəsində çalışanların 25,6 faizi təhsil, 20,1 faizi topdan və pərakandə satış, məişət məmulatları və şəxsi istifadə üçün əşyalar hazırlanması, avtomobil təmiri, 10,4 faizi səhiyyə, 6,9 faizi nəqliyyat, rabitə, 5,8 faizi kommunal, sosial sahə, 4,7 faizi daşınmaz əmlakla əməliyyatlar, 3,9 faizi dövlət idarəetmə və müdafiə sahəsində çalışır.

Işsizliyə görə orta müavinət 62,5 manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti