...

Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad şöbəsi 6 milyon manatdan çox pensiya ödəyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2007 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Yanvar-may aylarında Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad şöbəsi tərəfindən 6290,05 min manat məbləğində pensiya ödənilib. Bu barədə bazar ertəsi "Respublika" qəzetinə Fondun Cəlilabad şöbəsinin rəhbəri Mirağa Salmanov məlumat verib.

Salmanovun sözlərinə görə, 2006-cı ildə 9645,1 min manat məbləğində pensiya ödənilib.

"Orta aylıq pensiya məbləği 45,6 manatdan 55,73 manata qədər artıb", - deyə o söyləyib.

Hazırda Cəlilabadda quraşdırılmış 4 bankomat vasitəsilə 6711 pensiyaçı plastik kartla pensiya alır ki, bu da ümumi pensiyaçıların 30,6 faizini təşkil edir.

Kəndlərdə yaşayan 17421 pensiyaçının 2123 nəfəri öz pensiyalarını plastik kartlarla alır.

Xəbər lenti

Xəbər lenti