...

Qiymətli kağızlar üzrə Dövlət Komitəsi "AtaLizinq"in sənədsiz adlı səhmlərinin emissiyası haqda qərar qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2007 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / İyulun 16-da "AtaLizinq" ASC-nin nizamnamə kapitalının artırılması məqsədilə Azərbaycan prezidenti yanında qiymətli kağızlar üzrə Dövlət Komitəsi sözügedən şirkətin 25 min ədəd sənədsiz adlı səhmlərinin emissiyası haqqında qərar qəbul edib. Hər bir səhmin nominal dəyəri 20 manatdır. Bu barədə "AtaLizinq"in mətbuat xidməti məlumat yayıb.

İstiqrazların tədavül müddəti avqustun 23-də başa çatır.

"AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaLizinq" ASC 2004-cü ilin iyulunda təsis edilib. Təsisçilər rolunda "AtaHolding" (64%) və "AtaBank" (36%) çıxış edib.

İyunda şirkət Azərbaycanda lizinq qurumları arasında İSO 9001: 2000 sertifikatı alıb.

Xəbər lenti

Xəbər lenti