...

Bank Standard-ın aktivləri yarım milyard manatı keçdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2007 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ İyulun 25-nə olan məlumata əsasən, Bank Standard-ın aktivlərinin ümumi həcmi 507 mln. manata ($590 mln.-dan çox) çatıb. Bu barədə bankın yaydığı xəbərdə deyilir.

Bu ilin yanvarı ilə müqayisədə bankın aktivləri 255 mln. manat, yaxud 101 faiz, ötən ilin əvvəli ilə müqayisədə isə beş dəfədən çox artıb.

Hazırda Bank Standard ən yaxın rəqiblərindən iki dəfə üstündür.

Bank Standard 1995-ci ildə yaradılıb. Bu gün bankın müştəri bazasında 1300 korporativ hesab və sahibkarların hesabı var. Habelə 25000-dən çox fiziki şəxsin özəl hesabları mövcuddur.

Xəbər lenti

Xəbər lenti