...

Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi "Bakı məişət malları" SC-nin səhmlərinin satışı ilə bağlı investisiya müsabiqəsi elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2007 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi "Bakı məişət malları" SC-nin səhmlərinin satışı ilə bağlı investisiya müsabiqəsi elan edib.

Məlumatda bildirilir ki, müsabiqədə yerli investorlarla yanaşı xarici investorlar da iştirak edə bilərlər.

İştirak etmək istyənlər müvafiq sənədləri avqustun 24-nə kimi təqdim etməlidirlər.

Müsabiqə avqustun 28-də saat 10 :30 keçiriləcək.

"Bakı məişət malları" SC-nin nizamnamə kapitalı 4,712 mln. manat təşkil edir, buraxılmış səhmlərin sayı 2,365 milyon, bir səhmin nominal qiyməti 2 manat, satılan səhmlərin sayı 2, 348 milyon, səhmlərin ümumi nominal qiyməti 4,697 mln. manatdır.

Xəbər lenti

Xəbər lenti