Azərbaycan, Bakı/ Trend / Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən ''Kredobank'' ASC-nin adi adlı sənədli səhmlərinin emissiya prospekti qeydə alınıb. Bu barədə bazar ertəsi Bakı Fond Birjasının yaydığı məlumatda göstərilib. Emissiyanın həcmi 5 mln. AZN təşkil edir, bir səhmin nominal dəyəri 10 min manatdır.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində "Standart Kapital" MMC çıxış edəcək.