...

"KazMunayQaz" SC məhsul yığımı zamanı kənd təsərrüfatı məhsulları istehsalçıları üçün ucuz dizel yanacağı təqdim edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2007 12:37 (UTC +04:00)

Qazaxıstan, Astana /müx. Trend K. Arınova/ "KazMunayQaz" SC-nin mətbuat xidmətindən verilən məlumata görə, 2007-ci ilin məhsul yığımı zamanı şirkət ölkənin regionlarına aşağı qiymətə 109 000 ton dizel yanacağı təqdim edəcək.

"Dizel yanacağının orta qiyməti kənd təsərrüfatı məhsulları istehsalçıları üçün bir ton üçün 54 000 təngə və ya $442/t təşkil edir, bazarda isə bu qiymət $515/t təşkil edir" - şirkətin yaydığı press-relizdə belə deyilir.

Verilən məlumata görə, cari ilin iyul ayında "Ticarət evi" SC tərəfindən Aktyubin, qərbi Qazaxıstan, Qızıl Orda və Kostanay vilayətlərinin kənd təsərrüfatı istehsalçıları üçün nəzərdə tutulan 29 000 ton dizel yanacağının faktiki olaraq 37 196 tonu yüklənib ki, bu da nəzərdə tutulan miqdardan 8 196 ton çoxdur və planın 128%-ni təşkil edir.

Xəbər lenti

Xəbər lenti