...

Azərbaycan Mikromaliyyələşdirmə Bankı kənd təsərrüfatı kreditlərinin verilməsinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2007 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycan Mikromaliyyələşdirmə Bankı kənd təsərrüfatı sahəsində çalışan əhali üçün, fermerlər və ferma işçiləri üçün kredit məhsulu təqdim edir. Artıq Şəki və Lənkəran filiallarında ilk aqrokreditlər müştərilərə təqdim edilib. Bu barədə nbankın məlumatında göstərilib.

AMMB-nin idarə heyətinin sədri Andryu Pospilovski bildirib ki: "Bu layihə, rayonlarda yaşayan əhaliyə maliyyə sahəsində yardım etmək üçün daha bir üsuldur. Yeni məhsul insanlara sərfəli şərtlərlə əldə etdikləri kredit vasitəsilə fəaliyyətlərini inkişaf etdirməyə imkan yaradır".

Aqrokreditlər kənd təsərrüfatı müəssisələrinin xüsusiyyətlərini nəzərə alaraq, müddət və güzəştli vaxt da daxil olmaqla aylıq 3 faizlə verilir.

Aqrodepozitlər proqramı çərçivəsində isə 50 AZN/ABŞ dolları və ya AVRO mələğində ilkin yatırımla depozit hesabı açmaq mümkündür.

"Bizim əsas məqsədimiz, kənd təsərrüfatı sahəsində çalışan əhali təbəqəsinin bütün maliyyə tələblərinə cavab verməkdir. Bu layihə KfW alman inkişaf bankının texniki yardımı ilə həyata keçirilir", - deyə layihə rəhbəri Sebastiyan Faryniarz bildirib.

Azərbaycan Mikromaliyyələşdirmə Bankı 100% xarici kapitala malikdir və altı təsisçinin mülkiyyətindədir. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman hökuməti nəzdində olan KfW Alman İnkişaf Bankı, alman konsaltinq firması olan LFS Financial Systems GmbH və mikromaliyyələşdirmə sahəsində lider təşkilatlardan biri AccessHoldinq şirkətidir.

Xəbər lenti

Xəbər lenti