...

Belarus-Azərbaycan müştərək mebel müəssisəsinin yaradılması təxirə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2007 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir U.İsmaylova/ Azərbaycanda belarus-azərbaycan mebel satışı müştərək müəssisəsinn yaradılması haqqında müqavilənin imzalanması qeyri-müəyyən müddətə təxirə salınıb. Bu barədə məlumatı cümə axşamı "Qomeldrev" ASC direktorunun maliyyə və marketinq üzrə müavini Nikolay Qevrasev bildirib.

Avqustda Belarusun iri mebel müəssisələrindən biri olan "Qomeldrev"in səhmdarlarının toplantısında, Bakıda mebel salonunun açılması barədə qərar qəbul olunub.

"Qomeldrev" ASC-nin nümayənələri Azərbaycan şirkəti "Azles Eksport-İmport" ilə müqavilənin imzalanması üçün cümə axşamı Bakıya səfər etməyi planlaşdırırdı.

"Müştərək müəssisənin yaradılması üçün bir sıra sənədlər imzalanmaya hələ hazır deyil" - deyə Qevrasev bildirib.

"Azles Eksport-İmport" şirkəti, həmçinin Belarusun Azərbaycandakı səfirliyindən darhal şərh almaq mümkün olmayıb.

Hal-hazırda Bakıda, əsasən, İtaliya, Rumıniya, Türkiyə, Polşa, Çexiya, və İran istehslı olan mebellər satılır.

Həmçinin bazarın xeyli hissəsi yerli istehsalın payına düşür.

Xəbər lenti

Xəbər lenti