Azərbaycan, Bakı / Trend müxbir A.Bədəlova/ Azərbaycanin səhiyyə naziri Oqtay Şirəliyevin Çinə avqustun 20-dən davam edən səfəri zamanı Azərbaycanın səhiyyə sahəsindəki islahatların keçirilməsi məsələləri müzakirə olunur. Bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Bir həftəlik səfər proqramına Çin səhiyyə nazirliyində görüşlərin keçirilməsi, Pekinin çoxprofilli səhiyyə müəssisələrinə baxış, Pekin Universitetində görüş daxildir.
Görüşlərdə həmçinin sahiyyə sahəsindəki layihələrin maliyyələşdirilməsi, səhiyyə təhsilinin təkmilləşdirilməsi, Çinin epidemiyalara qarşı mübarizə təcrübəsi, habelə müasir texnologiyaların tətbiqi və dərman preparatlarının keyfiyyət göstəriciləri ilə bağlı məsələlər müzakirə olunacaq.