...

Azərbaycanın Gürcüstan ilə xarici ticarət dövriyyəsi 270 mln. dollardan çoxdur

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2007 15:55 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxalia/ Azərbaycan 2007-ci ilin yanvar-iyul ayları ərzində Gürcüstanın ən böyük ticarət tərəfdaşlarının siyahısında dördüncü yeri tutur. Gürcüstanın İqtisadiyyat Nazirliyirnin Statistika Departamentindən verilən məlumata görə, Azərbaycanla xarici ticarət dövriyyəsi bu dövrdə 278,5 mln. dollar təşkil edib.

Gürsütanın Azərbaycandan idxalı ixracı üstələyir. Cari ilin yeddi ayı ərzində Azərbaycana 78,6 mln. dollar dəyərində əmtəə ixrac olunub, Azərbaycandan idxal isə demək olar ki, 200 mln. dollar təşkil edib. Xarici ticarətdə defisit 121,3 mln. dollar təşkil edib.

Gürcüstanla xarici ticarət dövriyyəsində birinciliyi əvvəlki kimi Türkiyə saxlayır. Bu dövrdə Türkiyəyə ixrac 103 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji dövründən iki dəfə çoxdur.

Türkiyədən olan idxalda da müəyyən artım müşahidə olunur. Nominalda artım 125,8 mln. dollar təşkil edir. İxracda alüminium qırıntıları, idxalda isə kartof, soyuducu, qurğular və plastmas kəmərlər üstünlük təşkil edir.

Gürcüstanın 2007-ci ilin yanvar-iyul ayları ərzində ticarət dövriyyəsi 3,33 mlrd. dollar təşkil edib ki, bu da ötən il göstəricisindən 37,8% çoxdur, ixrac 667,8 mln. dollar, idxal isə 2, 66 mlrd. dollar təşkil edir. Mənfi ticarət balansı 1, 99 mlrd. dollar təşkil edir. Ticarət defisitinin 35, 9%-i MDB ölkələrinin payına düşür.

Xəbər lenti

Xəbər lenti